Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın final matçını stadiondan izləyənlər arasında Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım da olub. ANS TV-nin məlumatına görə, klub rəhbəri hissələr arası fasilədə jurnalistlərin suallarını cavablandırıb.
“Futbolunuz inkişaf edir. Yavaş-yavaş inkişaf etdiyini görürük. İnşallah daha yaxşı vəziyyətəgələcək. “Fənərbaxça” klubunun burada oyun keçirməsi ilə bağlı nəsə deməyim yanlış olardı. Beləbir təklif olsa dəyərləndirərik. Azərbaycan yığmasının Türkiyə millisini məğlub etməsinə dair heç nədeyə bilmərəm. Çünki biz "bir millət, iki dövlət" anlayışı içindəyik və buranı doğma bilirik”, - deyəƏziz Yıldırım bildirib.
Xatırladaq ki, Əziz Yıldırımın da izlədiyi Azərbaycan kubokunun final matçında “Xəzər Lənkəran” “İnter”i oyunsonrası penalti zərbələri ilə məğlub edərək baş mükafatı qazanıb.