“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirildi - FOTOLAR

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirildi - FOTOLAR
İQTİSADİYYAT
14:15 02.11.2025
236
1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Unilegal Consulting” şirkətinin baş sponsorluğu və "Halal-P” şirkətinin sponsorluğu ilə 8 Noyabr – "Zəfər Günü”nə həsr olunan "Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası "4-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin açılışında İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla iş departamentinin rəhbəri Nəsimi Xasıyev və "Unilegal Consulting” şirkətinin təsisçisi və direktoru Tofiq Hacıyev çıxış ediblər.

Çıxışçılar tədbirin əhəmiyyətini vurğulayaraq, sahibkarlıq mühitində intellektual inkişafın önəmini qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıblar. Həmçinin Zəfər Gününün xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu xatırladaraq, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.

Marsol Group-un partnyoru olan 27 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 200-ə yaxın iştirakçı bilik və məntiq yarışı aparıb. Gərgin və maraqlı keçən yarışmada komandalar müxtəlif mövzular üzrə suallara cavab verərək intellektual mübarizə aparıblar.

Yarışmanın yekununda "Birbank Biznes” komandası "4-cü Marsol Zəfər Kuboku”nun qalibi olub. "Roof Academic Training” şirkəti ikinci, "Pasha Life” komandası isə üçüncü yeri qazanıb. Qalib komandalar diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.

Tədbirin tərəfdaşları sırasında Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Birbank Biznes yer alıb. Yarışın promo tərəfdaşı "Moon Group”, könüllü dəstəyi isə "İCMA Könüllüləri” və Marsol Academy tərəfindən təmin olunub.

www.marsol.az
www.icma.org.az

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi