4 minə yaxın insan onu seçdi: SİZ DƏ TANIYIN!

SAĞLAMLIQ
17:11 30.05.2018
77742
KLİNİK.AZ tibb portalı Sosial Media Mərkəzi ilə birlikdə "Azərbaycanda ən yaxşı nevroloq kimdir?” sualı ilə sosial mediada keçirdiyi sosioloji sorğuya yekun vurub.

AZXEBER.COM xəbər verir ki, virtual səsverməyə qatılan soydaşlarımız ölkənin ən güclü 7 nevroloqu arasından birini qalib ediblər. Sosioloji sorğu bir milyona yaxın istifadəçinin təqib etdiyi feysbuk və instagram səhifələrində geniş işıqlandırılıb.

 
Ümumilikdə sorğuya 9036 respondent qatılıb. Gərgin rəqabət şəraitində davam edən virtual sorğuda Dr. Jalə Qarayeva sorğuya qatılan respondetlərin 40 faizinin səsini (40%, 3,613 səs) toplayaraq qalib olub.

Jalə Qarayeva kimdir?

Ölkəmizin ən güclü nevroloqlarından sayılan Dr. Jalə Qarayeva Türkiyənin Ankara Gazi Xəstəxanasının Nevrologiya kafedrasında ixtisaslaşıb. 

Dünyanın aparıcı elmi jurnallarında tibbi məqalələrlə çıxış edən J.Qarayeva Türkiyə və digər Avropa dövlətlərində təşkil olunan nevroloji seminar və simpoziumlarda ölkəmizi təmsil edib. Əldə etdiyi nəticələr dünya şöhrətli nevroloqlar tərəfindən maraqla qarşılanıb və dəfələrlə müxtəlif diplomlarla təltif edilib.

Epilepsiya, enurez, müxtəlif səbəblərdən qaynaqlanan baş ağrıları və başgicəllənmələr, yuxu və yaddaş pozğunluqları, onurğa problemləri, fərqli səbəblərdən meydana çıxan sinir və əzələ problemləri, eyni zamanda hazırda cəmiyyəti ən çox narahat edən əsəbilik, nevroz və depressiya kimi psixoloji pozuntuları Avropa protokollarına uyğun olaraq müayinə və müalicə edir.

Əlaqə telefonu: (050) 363-10-02

www. nevroloq.az

instagram/nevroloq.jale.qarayeva

OXŞAR XƏBƏRLƏR