Türkiyədə iki qrup arasında baş verən torpaq sahəsi mübahisəsi kütləvi davaya çevrilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Mardin bölgəsində baş verib.
Hadisə dünən axşam saatlarında Mardin yolu üzərində baş verib. Silah, daş və dəyənəklərin istifadə edildiyi davada 4 nəfər yaralanıb, 17 nəfər isə saxlanılıb.
Hadisəyə səbəb torpaq sahəsi olub. Saxlanılanlardan biri olan M.B. ifadəsində, ailəsinin ofisinin yerləşdiyi sahənin qarşı tərəfinin zorla geri alınmaq istəndiyini, təhdid və silahlı hücuma məruz qaldıqlarını bildirib.
M.B.-nin vəkili isə, sahə sahiblərinin müqavilə müddəti bitmədən əmlaka və hətta onlara aid olmayan hissələrə də əl qoymaq istədiklərini, müvəkkillərinin isə hücuma məruz qaldığını bildirib.
Hadisə ilə bağlı istintaq davam edir.
Oksana