4 noyabr tarixində "Marketing Meetup” Viral&Guerrilla tədbiri keçiriləcək
"Marketing
Meetup” IT, Modern Texnologiya, PR, Marketinq və Rəqəmsal aləmi bir çətir
altında görüşdürür, effektivliyini azaltmış və ya itirmiş ənənəvi metodları
yeniləri ilə əvəzləyir. "Marketing Meetup” iş həyatındakı böhranlar, çətinliklər,
problemlərin həlli üçün saf-çürük edilən addımlar və «timsahla dolu bataqlıqdan sağ çıxmaq» üçün verilmiş
savaşların real təcrübələr üzərindən paylaşıldığı yığıncaq ənənəsidir.
4 Noyabr tarixində heç bir brendə bağlı olmadan yerli marketoloqların keçirəcəyi "Marketing Meetup” Viral&Guerrilla müxtəlif müzakirələrin və real təcrübələrin bölüşüldüyü panellərdən ibarət olacaq. Panellərdə real təcrübələri olan yerli və xarici spikerlərin çıxışları nəzərdə tutulub.
Tədbir
haqqında ictimaiyyətin ətraflı və birbaşa məlumat alması üçün "Marketing
Meetup”ın rəsmi saytı https://meetup.azvə Facebook səhifəsi https://www.facebook.com/marketingmeetupbaku bu gündən istifadəyə verilib. Saytda və səhifədətədbir haqqında ümumi məlumatla yanaşı, spikerlər və tədbirlə
bağlı yeniliklər barədə operativ informasiyalar paylaşılır.
"Marketing
Meetup” Viral&Guerrilla tədbiri Azərbaycan marketinq ictimaiyyətində əlavə
bir yeniliyə də imza atıb. Belə ki, "Marketing Meetup” Viral&Guerrilla tədbirinin
bir hissəsi və Viral Kampaniyası son günlər sosial mediada böyük səs gətirən və
müzakirələrə səbəb olan "#4Noyabr” həştəqli marketinq hadisəsidir. Tədbirdə bu
viral kampaniyanın təqdimatı və qalibin seçilməsi baş tutacaq.
Qeyd edək
ki, "#4Noyabr” marketinq hadisənin şərtlərinə görə, «#4noyabr» həştəqi ilə
Sosial Şəbəkələrdə paylaşım edənlərin arasından xüsusi proqram vasitəsi ilə bir
nəfər qalib təsadüfi seçiləcək və müxtəlif biznes qurumlarının vəd etdiyi hədiyyələrlə
mükafatlandırılacaq.
Qısa zamanda müxtəlif istiqamətli biznes qurumları viral
kampaniyaya qoşulub və qeyd olunan həştəqlə paylaşım edənlərə ümumi məbləği 20.000
manatdan artıq olan hədiyyələr vəd edib. Nəticədə, oktyabrın 3-dən start götürən
kampaniyanın ilk 5 günü ərzində «#4noyabr» həştəqi ilə sosial şəbəkələrdə
100.000-dən çox paylaşım edilib.