4 oğlan Novxanı çimərliyində qadına çətin anlar yaşatdı - VİDEO

4 oğlan Novxanı çimərliyində qadına çətin anlar yaşatdı -  VİDEO
SOSİAL
13:10 11.08.2016
7518

Çimərliyə getdilər, pulları qurtardı, qadını soydular

Çimərlikdə istirahət edən qadının çantasını oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan biri 19 yaşlı oğlan, 3-ü isə yeniyetmədir.

Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş avqust ayının 4-də rayonun Novxanı qəsəbəsində yerləşən çimərlikdə istirahət edərkən ona məxsus çantanın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Çantanın içərisində 48 manat pul və 2 ədəd mobil telefon olub.

Rayon polis idarəsinin əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Mirhikmət Həmidov və yeniyetmə olan 3 şəxs saxlanılaraq idarəyə gətiriliblər. İdarədə dindirilən şəxslər törətdikləri cinayəti səmimi etiraf ediblər.

Mirhikmətin sözlərinə görə, o və 3 məhəllə uşagı sərinləmək üçün çimərliyə gediblər. Lakin istirahətin sonunda pulları qurtardığı üçün oğurluğa əl atmaq qərarına gəliblər. Elə buna görə də qadına məxsus çantanı gizlicə götürüblər.

Mirhikmət Həmidov - saxlanılan şəxs: "Mənə dedi ki, plan qurub, bu çantanı götürmək istəyirəm. Yalandan bir az fırlandı. Çantanı qoydum onun yanına, dedim ki, mən gedirəm. Sonra o, dalımca gəldi, çantanı açdı, 48 manat pul, 1 dənə "S3", 1 dənə "S4", vəssalam".

 Pulları öz aralarında xərcləsələr də, tutduqları əməlin nəticələrindən qorxaraq telefonlardan birini sındırıb, digərini isə tullayıblar.

Artıq saxlanılan şəxslərin barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /// Region TV

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
15:45 22.05.2025
Aysunun keçmiş əri yenidən evlənir - 16 yaş kiçik qızla
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
15:45 22.05.2025
"Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir"
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
15:43 22.05.2025
Prezidentin təltif etdiyi Tələt Məcidov kimdir? – Keçmiş başçı, şöbə müdiri… (DOSYE)
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
15:35 22.05.2025
Peskov: Rusiya və Ukrayna arasında danışıqların yeni raundu barədə hələlik razılaşma yoxdur
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
15:14 22.05.2025
Sumqayıtda hadisə: Qadın sürücü qazla əyləcin yerini səhv saldı, marketə girdi - VİDEO
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
15:06 22.05.2025
"3 gün diqqətli olun"- Astroloqdan AÇIQLAMA
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
14:59 22.05.2025
Səhiyyə Nazirliyi Aparatının işçilərinin sayı artırıldı
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
14:57 22.05.2025
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
Prezident onları təltif etdi - SƏRƏNCAM
14:54 22.05.2025
Prezident onları təltif etdi - SƏRƏNCAM
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
14:50 22.05.2025
Taksi sürücüləri üçün imtahan tarixi məlum oldu
Qadın müəllim başçı müavini oldu - Foto
14:47 22.05.2025
Qadın müəllim başçı müavini oldu - Foto
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:37 22.05.2025
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
14:36 22.05.2025
Xankəndidə 51 abituriyent qəbul imtahanı verəcək
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
14:35 22.05.2025
İrem Derici hava limanında rəqsi ilə diqqət çəkdi
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər
14:24 22.05.2025
Mütəxəssislərdən xəbərdarlıq - Bu peyvəndlər kişilərdə ürək xəstəliyinə səbəb ola bilər
Musiqi platformalarında ən çox axtarılanlar onlar oldu- SİYAHI
14:08 22.05.2025
Musiqi platformalarında ən çox axtarılanlar onlar oldu- SİYAHI