4 saata yaxın çıxış etdi

4 saata yaxın çıxış etdi
DÜNYA
00:13 02.10.2026
202
Rusiya Prezidenti Vladimir Putinin "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasındakı cıxışı 3,5 saatdan çox davam edib.

Rusiya liderinin çıxışının yayımı "Rutube” platformasında təqdim olunub.

Putin əvvəlcə geniş proqram xarakterli nitq söyləyib, daha sonra isə tədbirə qatılan qonaqlarla açıq diskussiya apararaq sualları cavablandırıb. Mütəxəssislər xatırladıblar ki, 2025-ci ildə də Rusiya dövlət başçısının "Valday”dakı cıxışı 4 saata yaxın çəkmişdi.

Qeyd edək ki, çıxışdan əvvəl Kreml nümayəndəsi Dmitri Peskov Rusiya prezidentinin bu nitqini bütün dünyanın səbirsizliklə gözlədiyini bəyan etmişdi.
 
///qafqazinfo///
OXŞAR XƏBƏRLƏR