2008-ci il fevralın 29-da İbrahimovlar ailəsi sevincli günlərdən birini yaşayıb. Ailənin sevincinə Əminənin dünyaya gəlməsi səbəb olub. Balaca Əminə dünən 4 yaşına qədəm qoyub. Digər uşaqlardan fərqli olaraq o, 4 ildə birinci dəfədir doğum gününü qeyd edir. Əminə 4 ildir bu günü səbirsizliklə gözləyib.AZXEBER.COM-un Regional TV-yə istinadən verdiyi xəbərə görə, fevral ilin ikinci və ən qısa ayıdır. Qısa illərdə 28, uzun illərdə 29 gündən ibarətdir. E.ə 46-cı ildə Roma imperatoru Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı əmr edir. O, zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablamasıilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün olur.Əminənin nənəsi, nəvəsinin doğum tarixinin qeyri-adi günə təsadüf etdiyi üçün ad gününü başqa tarixə qeydiyyata salmağa çalışıb. Ya fevralın 28-nə, ya da martın 1-nə. Amma sonra fikrindən daşınıb. Xaçmaz rayon Qeydiyyat şöbəsinin rəisi Azər Əiyev bildirir ki, qanunlar buna imkan vermir.Avropanın bir sıra ölkələrində bu günün özəlliyi ondan ibarətdir ki, məhz bu gün qadın sevdiyi kişiyə evlilik təklif edə bilər. XVIII əsrə qədər fevralın 29-u bir çox Avropa ölkələrində hüquqi cəhətdən rəsmi gün sayılmırdı. Bu gün müqavilələr bağlanılmır, borc verilmir, ödənişlər aparılmırdı. Çünki bu tip işlərə məhkəmədə baxılarkən problem ortaya çıxırdı. Statistikaya görə, hazırda 4 milyon insan fevralın 29-u ad gününü qeyd edir. Bu dünya əhalisinin 0,069 faizini təşkil edir.