4 yaşlı uşağın gözü önündə anasının başını kəsib, pəncərədən atdı - TƏFƏRRÜAT

DÜNYA
11:45 24.12.2012
2830

Türkiyədə ruhi xəstə olan 33 yaşlı kişi, 4 yaşlı oğlunun gözləri qarşısında arvadının başını kəsərək pəncərədən atıb. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polis tərəfindən həbs edilən atanın ruhi xəstə olduğu bildirilib. Belə ki, xəstəxanaya yerləşdirilən 33 yaşlı kişi öz həkiminin icazəsi olmadan sakitləşdirici iynə vurulub və evə yola salınıb. Ata evə gəldiyində oğluna "get mətbəxdən bıçaq gətir, ananı doğrayacağam" deyib. Bundan qorxan 12 yaşlı uşaq, qonşuya gələrək kömək istəyib. Ruhi xəstə olduğunu bilən qonşular polisə xəbər veriblər. Kömək üçün gələn qonşular, qapının bağlı olduğunu görüblər. Ata 4 yaşlı oğlunun gözü qarşısında anasının başını kəsərək pəncərədən çölə atıb. Hadisə yerinə gələn polislər 33 yaşlı kişini həbs ediblər. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR