4 yaşlı uşaq evdəki 4 min dolları cırdı - FOTO

MARAQLI
00:29 03.01.2014
2333
Uşaqlarına baş qatmaq üçün köhnə kitabları cırmağa icazə verən valideynlər acı bir səhnə ilə qarşılaşıblar. 4 yaşlı çinli uşaq otaqda təkbaşına olarkən mənzildə çarpayının altında gizlədilən qutudan pulları çıxardaraq, hamısını çırıq-cırıq edib.
Publika.az xəbər verir ki, bu vaxt uşağın mətbəxdə olan anası Lui Fan qonşu otaqdan səsləri eşidərkən oğlunun köhnə kitabları cırdığını zənn edib. Ailə təqribən 4 min manat dəyərində olan, qənaət etdikləri pulu yeni mənzil almaq üçün ilkin ödəniş kimi istifadə etməyi düşünürmüş. Xoşbəxtlikdən banklardan biri yararsız hala düşən kağız pulları yeniləri ilə əvəzləməyə razılıq verib.
İndi uşağın anası kitab cırmağın heç də yaxşı vərdiş olmadığını anlayıb və övladının bu bəd xasiyyətini tərgitməyə çalışacaqlarını bildirib.(publika.az)
OXŞAR XƏBƏRLƏR