Türkiyənin Şanlıurfa bölgəsində F.Y-nin (36 yaş) idarə etdiyi traktor manevr zamanı oğlu İbrahim Halil Yavuzu (4 yaş) vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, raktorun altında qalan balaca oğlan dünyasını dəyişib, ata isə nəzarətə götürülüb.
Belə ki, əkin sahəsindən qayıdan F.Y adlı şəxs traktorunu evin qarşısında saxlamaq istəyib. F.Y-nin idarə etdiyi traktor manevr zamanı oğlu İbrahim Halil Yavuzu vurub.
Traktorun altında qalan balaca uşaq yaxınları tərəfindən xəstəxanaya aparılarkən həyatını xilas etmək mümkün olmayıb. Uşağın atası polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Oksana