Bundan sonra Ş.Xəlilov onu öldürmək fikrindən daşınıb.
Məlumata görə, Ş.Xəlilovla E.Əsgərovun arasındakı mübahisəyə borc pul məsələsi səbəb olub. Ş.Xəlilov borcunu qaytarmaq əvəzinə, ondan pulunu istəyən həmkəndlisini öldürmək qərarına gəlib. Ş.Xəlilov E.Əsgərova çoxsaylı bıçaq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində E.Əsgərovun ölmədiyini gördükdə isə fikrindən daşınıb və yaralı həmkəndlisini öz avtomobili ilə onun evinə aparıb. Yolda o, zərərçəkmişə baş verən hadisə barədə heç kimə deməməsini tapşırıb. S.Xəlilov yaralını evlərinin önündə avtomobildən salıb, cinayətdə istifadə etdiyi bıçağı çaya atıb. 40 yerindən bıçaqlanan yaralı sürünə-sürünə yaşadığı evin həyətinə girib. Onun həkim olan həyat yoldaşı ərini xəstəxanaya çatdırıb.
Hüquq-mühafizə orqanları da hadisə ilə bağlı məhz bundan sonra xəbər tutub. Dərhal polis Ş.Xəlilovu yaxalayıb. O, ilkin ifadəsində E.Əsgərovu öldürmək istədiyini etiraf edib. Ş.Xəlilov bildirib ki, Elxanın “körpə balalarım var” sözlərindən və aldığı yaraladan ölməməsindən sonra ürəyi yumşalıb, həmyerlisini evinə aparıb. .