Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Aysel Şükürova yenidən qalmaqallı fikirlər səsləndirib.
AZXEBER.COM-un məlumatına görə, Aysel ARB TV-də yayımlanan "Qadın klubu" verilişində qonaq olub.
Aysel onun haqda sosial şəbəkələrdə tənqid yazanlara müraciət edib: "Sosial şəbəkədə bir nəfər saxta profildən nəsə şərh yazır. Sonra camaat da onun fikrinə görə, bilmədən, düşünmədən həmin tipli fikirlər yazır. Məncə insanları tanımadan onlar haqda fikir söyləmək düzgün deyil".
Aysel verilişdə həyat yoldaşından da danışıb. O deyib ki, həyat yoldaşı Oktay hər zaman ona dəstək olub: "Kaş ki, bütün kişilər mənim həyat yoldaşım kimi olardı".
Həmin anları təqdim edirik: