Rusiyanın Sibir vilayətində kəskin soyuqlar düşüb.AZXEBER.COM-un məlumatına görə, Sibirin mərkəzi şəhəri Novosibirsk şəhərində 41 dərəcə şaxta var. Sibir sakinlərindən biri bu soyuqda suyu qaynadaraq, buxarlana-buxarlana mənzilinin eyvanından həyətə atıb. Qaynar su havada dərhal buz halına düşərək yerə enməyə başlayıb. Maraqlı mənzərə videoya çəkilərək "YouTube" video portalına yerləşdirilib.