45 yaşına çatmayan azərbaycanlı məşhurlar - Əzrayılın “gənc dostları”

SOSİAL
16:39 06.08.2018
11477
Xəbər verdiyimiz kimi, məşhur rep ifaçısı Anar Nağılbaz vəfat edib. Ailə üzvlərinin bildirdiyinə görə, ifaçı qəflətən özünü pis hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.

44 yaşında dünyasını dəyişən Anar Nağılbaz 1974-ci il mart ayının 28-də Füzulidə anadan olub. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1990-cı ildə isə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1993-cü ildə "Narkodünya" mahnısıyla şöhrət qazanıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb. 
 

 


Qeyd edək ki, bu Azərbaycan mədəniyyətində ilk belə hadisə deyil. Bundan öncə də vaxtsız dünyasını dəyişən məşhurlarımız az olmayıb.

AZXEBER.COM 45 yaşına qədər dünyasını dəyişən məşhur ifaçılarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Anar Nağılbazdan öncə daha bir populyar rep ifaçısı Hüseyn Dərya 38 yaşında yol qəzasında həlak olub. Xəzər rayonu ərazisində baş vermiş yol qəzasında Hüseyn Dəryanın idarə etdiyi minik avtomobili KaMAZ markalı maşına çırpılıb. Ağır xəsarətlər alan reper xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 

 

"Yeni Ulduz 2” yarışmasının qalibi Rəcəb Musayev daha gənc, 32 yaşında dünyasını dəyişib. Onun da ölüm səbəbi yol qəzası olub. Müğənni Kürdəxanı-Ləhic bağları istiqamətində hərəkət edən zaman yol qəzasına düşüb. 
 

 

 

 


Tanınmış müğənni və aktyor Rüfət Mehdiyev 41 yaşında vəfat edib. Cəmiyyətdə daha çox ritmik mahnıların ifaçısı kimi tanınan müğənni insult səbəbindən dünyasını dəyişib. 
 

 

 

 


Tanınmış müğənni Amid Cəfərov 31 yaşında vəfat edib. Onun da ölüm səbəbi yol qəzası olub. Hazırda bir oğul yadigarı qalıb. Sumqayıtda keçirilən əksər şadlıq məclisləri mərhum müğənniyə həvalə olunub. Sumqayıtda dəfn olunub.
 

 

 

 


Cəmiyyətdə "Müğənni Şəfa” kimi tanınan Şəfa Hüseynova 30 yaşında yol qəzasında həyatını itirib. Qısa bir zamanda çoxlarının sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.
 

 

 

 

 


 

Azərbaycanlı ssenarist və rejissor Şahin Zəkizadə 38 yaşında vəfat edib. Onun ölüm səbəbi xərçəng xəstəliyi olub. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşüb, 16 fevralda dünyasını dəyişib. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.
 

 

 

 

Uşaqların sevimlisi "Ələkbər əmi" kimi tanınan aktyor, Azərbaycanın əməkdar artisti Ələkbər oğlu Hüseynov 45 yaşında vəfat edib. Qaraciyər problemindən dünyasını dəyişən aktyorun bir oğul, bir qız yadigarı qalıb.
 

 

 

 

// Azər Niftiyev
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir