47 yaşlı kişi özünü bıçaqladı

47 yaşlı kişi özünü bıçaqladı
Bütün Xəbərlər
21:28 30.07.2012
1219
Bu gün günorta saatlarında Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb.Siyəzən şəhər sakini, 47 yaşlı Rasim Qurbanov 3 bıçaq zərbəsi ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.Rasim Qurbanov ilkin ifadəsində özü-özünü bıçaqladığını bildirib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR