Aparılan araşdırmalara görə infarkt riskini azaltmaq üçün həftədə 4 gün sadəcə bir ovuc qoz yemək kifayətdir.
AZXEBER.COM xəbər verir ki, bir ovuc qoz yemək infarktın qarşısını alır və sizi uzunömürlü edir.
Məlum olub ki, insanlar bir ovuc qoz yedikdən 4 saat sonra qan damarlarının elastikliyində dəyişiklik olub və qan axınını təşviq edən xolesterolun miqdarında yaxşılaşma müəyyən edilib. Qoz və qoz yağının ürək üçün faydalarını ortaya qoyan araşdırmanın nəticəsində bildirilib ki, bunlardan müntəzəm istifadə ürək-damar xəstəliklərindən qoruyur. Cəmi 3 xörək qaşığı (51 q) qoz yağı içsəniz, 4 saat ərzində qan damarlarınızın vəziyyətini yaxşılaşdıracaqsınız. Qoz yağının xüsusilə endotel hüceyrələrinin gücü üçün çox faydalı olduğu sübut edilmişdir. Bu hüceyrələr qan damarlarını əhatə edir və onların elastikliyində mühüm rol oynayır.
Aysel