5 iyun saat 23:26-da bu hadisə baş verəcək

SOSİAL
15:13 25.05.2020
1329
İyun ayının 5-dən 6-na keçən gecə 2020-ci ilin ikinci Ay tutulması baş verəcək.

AZXEBER.COM xəbər verir ki, Ay tutulması 5 iyun saat 21:46-da başlayacaq və 6 iyun saat 01:04-də sona çatacaq. 

Tutulmanın maksimum həddi 5 iyun saat 23:26-da olacaq.

Tutulma hadisəsi Avropa, Asiya, Afrika, Avstraliyada, eləcə də Azərbaycanda müşahidə ediləcək. Prosesi adi gözlə yox, yalnız xüsusi cihazlar vasitəsilə görmək mümkün olacaq. 

Xatırladaq ki, 2020-ci ilin birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verib. Üçüncü Ay tutulması bu ilin 5 iyulunda gözlənilir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet