AZXEBER.COM-un məlumatına görə bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə əsasən, həmin valideyn hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır.
O, bildirib ki, dövlət həmin 5 yaşlı uşağa sahib çıxıb və körpə polislərin nəzarəti ilə hadisə yerindən uzaqlaşdırılıb. Komitə sədri ana və qızın həbsi bağlı məsələyə toxunaraq, bunun doğru məlumat olmadığını vurğulayıb. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının 17 aprel aksiyasında həbsi barədə ümumiyyətlə məlumatı olmadığını söyləyib. “Biz şəhər polisi ilə, həmçinin Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Aksiyada iştirak edən heç bir qadına sutkalıq həbs verilməyib”- deyə, o qeyd edib.