5 yaşlı uşağı maşın vuraraq öldürdü

5 yaşlı uşağı maşın vuraraq öldürdü
Bütün Xəbərlər
15:19 06.08.2012
1270

Cəlilabadda azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, rayon sakini Vidadi Abışov "QAZ-3302" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini, 5 yaşlı Əli Rəhmətovu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR