Uşaq xəstəxanaya aparılaraq mədəsi yuyulub və evə buraxılıb.
Bakının Səbail rayonunda azyaşlının özündən 12 yaş böyük qıza görə özünü zəhərləməsi faktı yalandır.
AZXEBER.COM xəbər verir ki, Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, dünən 5 yaşlı uşaq heç bir qıza görə özünü zəhərləməyib.
Valideynlərinin bildirdiyinə görə, uşaq konfetlə vitamini səhv salaraq yeyib. Xəstəxanaya aparılaraq mədəsi yuyulub və evə buraxılıb.
Mətbuata bu barədə məlumatı uşağın dayısı Elmurad Məmmədov jurnalistlərlə zarafatlaşarkən deyib.
Mətbuatda isə yazılıb ki, F.Ə. özünü öldürmək üçün çoxlu dərman qəbul edib. Uşağın qonşuluqda yaşayan 17 yaşlı qızdan xoşu gəlib. Uşaq öz sevgisini qıza elan edib. Qız isə özündən 12 yaş kiçik uşağın sevgisini qəbul etməyib. Bu səbəbdən də uşaq özünü öldürmək istəyib. Bu barədə uşağın dayısı Elmurad Məmmədov bildirib.