50 yaşlı Andrey Qubin evlənir?

50 yaşlı Andrey Qubin evlənir?
MAQAZİN
10:56 02.09.2024
182
Soçidəki "Yeni dalğa" festivalında görüntülənən Andrey Qubin jurnalistlərin suallarını cavablandırıb.  
 
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, o festivala tək gəlmədiyini desə də, xanımın kimliyini açıqlamayıb.
 
50 yaşlı Qubin evliliklə bağlı suallara müsbət cavab verərək ailə quracağını deyib:
 
""İki il vətəndaş nikahında münasibətim olub, amma rəsmi ailə qurmamışam. Mən sevgiyə inanıram. Əsl sevgi yaşasam, evlənəcəyəm".
 
Xatırladaq ki, Andrey Qubin uzun illərdir ki, ciddi xəstəlikdən - üzün sol tərəfli prosopalgiyasından əziyyət çəkir. Xəstəliyə görə 90-cı illərin ulduzunda nəfəs alma, mimika və diksiya ilə bağlı problemlər yaranıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR