51 ölkənin birliyi Xocalı soyqırımını tanıdı

51 ölkənin birliyi Xocalı soyqırımını tanıdı
Bütün Xəbərlər
11:29 01.02.2012
1696

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) “Xocalıya ədalət” Beynəlxalq kampaniyasını dəstəklədiyini bir daha təsdiq edib.

İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbulda yerləşən baş qərargahından AzərTAc-a bildiriblər ki, onun üzvü olan dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyası başa çatıb.

Təşkilat İƏT-in üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildən bir öz sessiyasını keçirir. İKGF-nin baş katibi, səfir Elşad İsgəndərovun AzərTAc-a verdiyi məlumata görə, “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə Forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə olunub: “Xocalı faciəsinə həsr edilən bölmədə qeyd olunur ki, konfransa üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (soyqırımın 20 illiyi) 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir”. Bu tanınma 2009-cu ildən həyata keçirilən və İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” Beynəlxalq kampaniyasının fəaliyyətinin nəticəsi olub. İƏT Pİ-nin soyqırıma verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Milli Məclisin nümayəndə heyətinin başçısı, deputat Gövhər Baxşəliyevanın təklifi ilə İKGF-nin irəli sürdüyü əlavələrdən sonra konfransın yekun hesabatında qurumun Katibliyinə üzv ölkələrin parlamentlərinin “Xocalıya ədalət” kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstərilməsinə çağıran bu qətnamənin həyata keçməsini diqqət mərkəzində saxlamağı tapşıran müvafiq qərar qəbul edib. Qətnamənin vacibliyini şərh edən Elşad İsgəndərov deyib ki, beynəlxalq sənədlər arasında bu qətnamə ilk dəfə olaraq Xocalı hadisəsini soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verir: “Nəzərə alsaq ki, İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, bu termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq”. “Xocalıya ədalət” Beynəlxalq informasiya kampaniyası Şuşanın işğalı günü İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülüb

OXŞAR XƏBƏRLƏR