55 yaşlı qadın evində qəddarlıqla öldürüldü

55 yaşlı qadın evində qəddarlıqla öldürüldü
Bütün Xəbərlər
22:57 13.10.2011
1284

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 16.00 radələrində rayonun A. Gəraybəyli küçəsi, 37 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 55 yaşlı Pirdas Sunqayeva yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib. Onun kimin tərəfindən və hansı məqsədlə öldürüldüyü məlum deyil. Mənzilin qarət edildiyi istisna edilmir. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu gəlib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR