Dağıstan sakini, 56 yaşlı Ayşət Maqsudova indi respublikada çox məşhurdur.
O, quduz canavarı öldürüb.Hadisə qadının qonaq getdiyi Novo Biryuzyak kəndində baş verib.Maqsudovanın dediyinə görə, qonaq qaldığı evin həyətinə çıxaraq tövlənin çəpərini düzəltimək istəyirdi.Bu zaman o, mırıldayan böyük canavarı görüb."Canavar mırıldadı, sonra üstünə atıldı. Lakin çevrildim və sol əlimlə boynunun arxasından tutdum. Canavar sağ əlimi gəmirmək istəsə də, əlimi onun ağzından çıxardım, yerə düşmüş baltanı götürdm və onun başına bir neçə dəfə vurdum", - A.Maqsudova deyib.Qadını dərhal xəstəxanaya aparıblar.Məlum olub ki, canavar qadının əllərini yaralayıb, habelə baldırından dişləyib.Maqsudovanın vəziyyəti indi normaldır.Qadın indi quduzluğa qarşı peyvənd kursu-müalicəsi alır.