AZXEBER.COM-un Şinhua xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Çində 6 nəfərin ölümü ilə nəticələnən qanlı hadisə baş verib. Henanili Gongşəhərində yaşayan 30 yaşlı VongHongbin əlində balta ilə yaşadığı evin həyətinə çıxıb və ətrafdakı insanlara hücum edib. Hadisə nəticəsində 6 nəfər aldığı ağır xəsarətdən həlak olub. Araşdırma aparan polis cinayəti törətmiş 30 yaşlı kişinin ruhi xəstə olduğunu təsdiqləyib.
Faktla bağlı cinayət işi qaldırılıb.