6 yaşlı qız "Volkswagen"in altında qaldı

6 yaşlı qız "Volkswagen"in altında qaldı
Bütün Xəbərlər
08:38 22.06.2011
2050

Qəbələ rayonunda azyaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə iyunun 20-də saat 18.00 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verib. 

Şəhər sakini Laçın Mustafayev "Volkswagen Golf" markalı avtomaşını idarə edərkən kənd sakini 6 yaşlı Nisə Məsimovanı vurub. Xəstəxanaya yerləşdirilən N.Məsimova iyunun 21-də orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR