6 yaşlı İctimai Televiziya

6 yaşlı İctimai Televiziya
MEDIA
17:01 29.08.2011
5620

Bu gün Azrbaycan teleməkanında özünəməxsus yeri olan İctimai Televizyanın ad günüdür. 2005-ci il avqustun 29-dan İctimai Televiziya proqramlarının yayımına başlayıb.

Hazırda İctimai Teleradio efir məkanında tam fərqli proqram siyasətinə malikdir. Sosial, iqtisadi, siyasi əhəmiyyətli problemlərin daha çox müzakirə olunduğu tok-şoular, auditoriyanın maraqlarına cavab verən maarifləndirici proqramlar bu kanalda üstünlük təşkil edir. İctimai Televiziya və Radio 24 saat ərzində Türksat və Hotbird peykləri vasitəsilə dünyanın əksər ölkələrinə,www.itv.azünvanlı internet saytı ilə bütün dünyaya yayımlanır.

Bu gün İctimai Televiziyanın efirində Azərbaycan və rus dillərində “Carçı” informasiya buraxılışları, ictimai-siyasi mövzulara həsr olunan “Aktual” analitik proqramı, milli təhsilin problemləri, dünyaya çıxış imkanları, elm və təhsilin qarşılıqlı vəhdətindən bəhs edən «Açıq dərs», sosial sifarişli mövzulara həsr olunan “Ortaq məxrəc”, “Diqqət mərkəzi” kimi tok-şoular, “Xəmsə”, “Virtual ring” kimi intellektual verilişlər, “Səhər sovqatı”, “Bir mahnının tarixçəsi”, “Xalq mahnıları”, “Bakı sirləri” öz orijinallığı ilə seçilir. Hər səhər isə İctimai Televiziya TRT-AVAZ-la birgə tariximiz, mədəniyyətimiz və musiqimizə həsr olunan, bütün Türk dünyasına yayımlanan “Yeni gün” proqramını təqdim edir.

Şirkət fəaliyyət göstərdiyi müddətdə bir çox uğurlara imza atıb:

İctimai Televiziya fəaliyyətinin 2-ci ilində, 2007-ci ildə Avropa Yayımları Birliyinin tamhüquqlu üzvü olub.Bununla da ölkəmizin ictimai yayımçısı beynəlxalq televiziya şəbəkəsində öz layiqli yerini tutub. Bu təşkilata üzvlüyünün 3-cü ilində İctimai Teleradio dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirakı ilə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 2010-cu il yay sessiyasına MDB ölkələri sırasında ilk dəfə ev sahibliyi edib.

İctimai Televiziya bu gün dünyadakı nəhəng telekorporasiyaların bölgədəki etibarlı partnyorudur. Televiziya Euronews kanalı ilə əməkdaşlıq haqqında tarixi müqaviləyə imza atıb. Bu müqaviləyə əsasən, İctimai Televiziya dünyanın aparıcı xəbər kanalının regionda əsas tərəfdaşıdır.

İctimai Televiziya Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq edir, telekörpülər vasitəsilə xalqların, mədəniyyətlərin yaxınlaşmasına xidmət edir.

Uzun illərdir İctimai Teleradionun reallaşdırmaq istədiyi Türkdilli ölkələrin ortaq televiziyası 2009-cu ildən fəaliyyətə başlayıb. İlk olaraq İctimai Televiziya və Türkiyə Radio Televiziya qurumu TRT-nin başladığı ortaq yayımların uğurla aparılması bu möhtəşəm layihəyə Orta Asiya ölkələrinin də qatılmasına səbəb olub. İctimai Televiziya ilə yanaşı, İctimai radio da TRT radiosu ilə birlikdə “Qorqud Ata” proqramını bütün Türk dünyasına yayımlayır.

Avropa Yayımları Birliyinə qəbul olmaqla İctimai Televiziya bütün dünyanın ən böyük musiqi yarışması sayılan “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycana iştirak hüququ qazandırdı. İctimai Teleradio “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan üzrə təşkilatçı kimi 2008-ci ildən iştirak edir. “Eurovision-2008” dəki debütündə 8-ci yerə, 2009-cu ildə 3-cü, 2010-cu ildə 5-ci yerə və nəhayət 2011-ci ildə 1-ci yerə çıxıb.Bu ilin may ayında Almaniyada keçirilən “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsində Heydər Əliyev Fondunun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynayıb. Azərbaycan 2008-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində ilk dəfə təmsil olunandan Mehriban xanım Əliyevanın “Eurovision” layihəsinə ayırdığı diqqət və qayğı Azərbaycan üçün böyük uğurla nəticələnib. Bu qalibiyyət 100 milyonlarla auditoriyası olan dünyanın bir nömrəli televiziya şousunu Azərbaycana gətirib. Bu gün bütün dünya mediasının diqqəti Azərbaycana - “Eurovision-2012”yə yönəlib.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkəmizdə siyasi proseslərin əsas yayımçısı İctimai Teleradiodur. İctimai Televiziya az bir müddətdə insanları birliyə, həmrəyliyə səsləyərək vətəndaş institutuna çevrilib, çarpaz siyasi baxısların plüralizm meydanı olub. Qızğın müzakirələrdə emosiya deyil, məntiq, vətəndaş yanğısı, milli təəssübkeşlik hakimdir.

İctimai Teleradio tərəfsiz, qərəzsiz, tam obyektiv, balanslaşdırılmış informasiyalarla xalqın inam yerinə çevilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısıdır. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “Vorld Music Avards”, Olimpiada oyunları kimi bütün dünyada izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.

İctimai Teleradio milli kanaldır. Seyrçilər bu kanalı daha çox intellektual televiziya və radio kimi izləyir. Böyük ədəbiyyatımız, musiqimiz İctimai Televiziyanın ekranlarında həmişə zirvədə göstərilir. Korifey sənətçilərimiz, yazarlarımız, elm adamlarımız, ünlü insanlarımız milli sərvətimiz kimi təqdim olunur.

Şirkət həcminə və texniki göstəricilərinə görə regionda müasir studiyalara sahibdir. İki inzibati binadan ibarət İctimai Teleradionun hazırda 7 studiyası fəaliyyət göstərir, 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək. Müasir tələblərə cavab verən Səyyar Televiziya Stansiyaları, maddi-texniki bazası var.

İctimai Televiziyanın “Carçı-Film” yaradıcılıq birliyi bu günədək 100-dən çox bədii və sənədli filmlər istehsal edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı