6 yaşlı leykoz xəstəsi olan uşaq koronavirusdan öldü

HADİSƏ
13:07 27.08.2021
1223
6 yaşlı leykoz xəstəsi olan uşaq koronavirusdan ölüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Trabzonda 6 yaşlı uşaq koronavirusa məğlub olub.

Belə ki, xəstəxanada uzun müddət leykoz xəstəliyindən müalicə alan Elisa Yenigündə bir müddət əvvəl koronavirus testi də müsbət çıxıb və ailəsi ilə birlikdə evdə təcrid olunub.

Ötən gün isə evində vəziyyəti pisləşən Yenigün xəstəxanaya yerləşdirilib. Amma həkimlərin müdaxiləsinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.
 
Aydın

OXŞAR XƏBƏRLƏR