60 yaşlı kişidən biabırçı cinayət - Pulla aldığı qadını 2 il zorlayıb

60 yaşlı kişidən biabırçı cinayət - Pulla aldığı qadını 2 il zorlayıb
DÜNYA
14:10 06.10.2016
3215
Türkiyənin Diyarbəkir vilayətində zorlamada ittiham olunan 60 yaşlı A.Ç.-yə 17,5 il həbs cəzası verilib.
Kişinin 2 il müddətində suriyalı qadına təcavüz etdiyi bildirilir. 
Məlumata görə, 2014-cü ildə Suriyadakı müharibə səbəbiylə ölkəsindən qaçaraq Türkiyəyə sığınan M.E. A.Ç. ilə tanış olub. 60 yaşlı kişi 2000 türk lirəsi verərək qadını satın alıb və evinə gətirib. İddia olunur ki, qadın burada cinsi istismara məruz qalıb. Hətta qadının evdə qaldıqdan 4-5 gün sonra tez-tez qışqırdığı, qaçmaq üçün kənd yoluna çıxdığı və şübhəlinin qohumları tərəfindən zorla geri qaytarıldığı deyilir. 
M.E.-nin intihara cəhd etməsindən sonra jandarma araşdırmalara başlayıb.
Məhkəmədə ifadə verən qadın bir kişinin onun yatıraraq Suriyadan Türkiyəyə keçirdiyini və satdığını deyib. Zorlamada günahlandırılan qoca isə cinsi istismar ittihamını rədd edib və qadın üçün 2000 türk lirəsi ödədiyini və onunla evlənmək üçün gətirtdiyini vurğulayıb. 
Məhkəmə heç bir güzəşt etmədən ittiham olunan şəxsə 17,5 il həbs cəzası verib.
//AzNews.az
OXŞAR XƏBƏRLƏR