610 bal topladı, universitetə qəbul olmadı - FOTO

610 bal topladı, universitetə qəbul olmadı - FOTO
SOSİAL
09:04 26.08.2026
222
Yüksək bal toplasa da, arzuladığı ixtisasa qəbul ola bilməyən tələbələr də var. Belə abituriyentlərdən biri H.G. olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" adlı "Facebook" səhifəsində məlumat paylaşılıb.

Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib.

Məlumata əsasən, IV ixtisas qrupu üzrə hazırlaşan H.G. qarşısına yalnız tibb sahəsində təhsil almaq məqsədi qoyub. Bu səbəbdən ixtisas seçimi zamanı yalnız tibb ixtisasını göstərib.

O, gələn il yenidən imtahan verməyi planlaşdırdığını bildirib.

 


OXŞAR XƏBƏRLƏR