Rusiyanın məşhur estrada ulduzu Alla Puqaçova tanınmış aktyor Maksim Qalkinlə rəsmi nikah bağlayıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir, cütlük dünən gizli şəkildə Moskvadakı VVAQ idarələrinin birində münasibətlərini rəsmiləşdirib. 62 yaşlı Alla Puqaçova 10 ildən çox idi 35 yaşlı Maksim Qalkinlə vətəndaş nikahında yaşayırdı. Onların toyu bu gün olacaq.