63 illik nikahdan sonra eyni gündə öldülər

MARAQLI
12:11 19.11.2020
215

İtaliyanın Sesto-San-Covanni vilayətində 63 illik nikahdan sonra cütlük eyni gündə yeni növ koronavirusdan ölüb. 

Bununla bağlı yerli "Ansa” agentliyi məlumat yayıb. 

Bildirilib ki, 82 yaşlı Vinçentso Molino və onun həyat yoldaşı 83 yaşlı Olqa koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. Kişi və qadın bir neçə saat fərqlə dünyasını dəyişib. 

Məlumatlara görə, cütlük sentyabrın 26-da evliliklərinin 63 illiyini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR