xari

679 və 663 bal toplayan əkiz qardaşlar bu ali məktəbi seçdi

SOSİAL
11:04 11.09.2019
2530
Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Ali Məktəbdən AZXEBER.COM -a bildirilib ki, Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar.

Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.

Rəşad Azadlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biri olub.

Qeyd edək ki, müvafiq Sərəncamla yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:02 25.01.2021

İranın XİN başçısı: "Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır"

15:01 25.01.2021

İlham Əliyev: “Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız çox aktiv fazadadır”

14:57 25.01.2021

Bank of Baku “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN köçürdü!

14:54 25.01.2021

Şəhid ailələri və qazilər mənzillərlə təmin ediləcək - Prezident sərəncam verdi

14:52 25.01.2021

"Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra normal vəziyyət mövcuddur"

14:47 25.01.2021

Prezident: "Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir"

14:43 25.01.2021

İranın XİN başçısı İlham Əliyevə: "Bu qələbə Sizin rəhbərliyiniz sayəsində mümkün olub"

14:21 25.01.2021

Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam imzaladı

14:13 25.01.2021

BMP dünyasını dəyişən hərbçinin ailəsinin ittihamlarına cavab verdi - AÇIQLAMA

14:06 25.01.2021

Prokurorluq həbs edilən xəstəxana direktoru ilə bağlı məlumat yaydı

13:52 25.01.2021

“Çobanlar” fermeri aldadaraq 1000 manatdan çox pulunu mənimsədilər

13:31 25.01.2021

Bakıda dəhşətli hadisə: Qadın özünü xəstəxananın üçüncü mərtəbədən atıb

13:23 25.01.2021

Azər Türk Bank bu xidmətləri ödənişsiz yerinə yetirəcəkdir

13:15 25.01.2021

Rəmişin son halı - FOTO

13:11 25.01.2021

Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü

12:54 25.01.2021

Şəmkirdə yalançı xeyriyyəçi ifşa olundu