7 aylıq körpə yol qəzasının qurbanı oldu

Bütün Xəbərlər
19:47 27.12.2010
2078

Bu gün saat 18.00 radələrində Xaçmazın Yergüc kəndi ərazisində, Quba-Xaçmaz yolunun 4-cü kilometrliyində dörd maşının zəncirvari toqquşması olub. Xaçmaz polis şöbəsinin müstəntiqi Elşən Mürsəliyevin verdiyi məlumata görə, hadisə nəticəsində yaralanan 6 nəfər Xaçmaz rayon xəstəxanasının travmatoloji şöbəsinə çatdırılıb. 

Yaralılardan 7 aylıq körpə Zəkiyev İsa Aydın oğlu dünyasını dəyişib. Travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, körpə xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişmişdi. 

Hazırda maşınları idarə edən sürücülərin şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı Xaçmaz polis şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsi (zərərçəkmiş şəxsin ölmünə səbəb) cinayət işi açılıb. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR