7 il sevgilisindən işgəncə görən kişi - FOTO

7 il sevgilisindən işgəncə görən kişi - FOTO
Bütün Xəbərlər
12:17 28.01.2012
2998

İngiltərədə növbəti qalmaqallı hadisə baş verib.

AZXEBER.COM portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İngiltərənin Hull şəhərində 49 yaşındakı Nicholl adlı kişi sevgilisi tərəfindən 7 il işgəncələrə məruz qalıb. 7 il sonra işgəncələrə dözməyən Nicholl sevgilisini polisə şikayət edib.

Faktla bağlı araşdırmaya başlayan polis, 49 yaşlı kişini işgəncəyə məruz qoyan qadından izahat alıb. Məlum olub ki, qadın sevgilisini qısqandığı üçün ona işgəncə edib. Nicholl isə 7 il susmasının səbəbini belə izah edib: “Məni qardaşlarının mafia olması ilə qorxutdu. Ona görə, heç nə edə bilmirdim. Axırda dözməyərək polisə müraciət etmək qərarına gəldim”.

Qeyd edək ki, məhkəməyə çıxardılan qadın 7 il həbs cəzasına məhkum edilib.

Sevil Rəsulzadə 

OXŞAR XƏBƏRLƏR