ABŞ-da "Chevrolet" şirkətinin istehsal etdiyi "Corvette SR-2" modeli satışa çıxarılıb.Bu modelin qiyməti təxminən 7 milyon dollar olaraq müəyyən edilib. 1956-ci il istehsallı yarış avtomobili öz nəslinin ilk nümanələrindəndir.331 at gücünə sahib olan avtomobil 1950-ci illərdəki maşın yarışları üçün xüsusi olaraq hazırlanmışdı. Bu avtomobildən cəmi 3 ədəd istehsal olunub. Onlardan birincisi bu yaxınlarda hərraca çıxarılmışdı. Bu modelin ikinci nümayəndəsinin də hərrac yolu ilə satışı planlaşdırılır."Chevrolet" şirkəti "Corvette SR-2" modelini həmçinin "Ferrari", "Jaguar", "Porsche" və "Maserati" avtomobilləri ilə rəqabət aparmaq üçün hazırladıb.Avtomobilin ərsəyə gəlməsi üçün 17 mütəxəssis gecə-gündüz çalışıb və bir neçə həftə sonra birinci "Corvette SR-2" hazırlanıb. Göy rəngli avtomobilin sürücü qapısına isə 144 nömrəsi həkk olunub.//anspress