7 saata 3 piyada vuruldu

7 saata 3 piyada vuruldu
Bütün Xəbərlər
10:23 03.06.2011
1821

Ötən gün 3 piyadanı avtomobil vurub. İlk hadisə Qəbələ şəhəri ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ötən gün saat 19.00 radələrində Oğuz rayon sakini Əkbər Şərifov "VAZ-21063" markalı avtomaşını idarə edərkən şəhər sakini Fəxrəddin Bayramovu vurub. Nəticədə F.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

Saat 22.30 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla kənd sakini Vüsal İsayev vurulub. Xəsarət almış V.İsayev xəstəxanaya yerləşdirilsədə, vəziyəti orta-ağır kimi qiymətləndirilir. 

Daha bir hadisə isə bu gecə Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Gecə saat 01.10 radələrində müəyyən edilməmiş avtomaşınla Goranboy rayon sakini Xalid Bayramov vurulub. Nəticədə X.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.


OXŞAR XƏBƏRLƏR