Türkiyənin Bursa şəhərində üstündə 500 “ekstazi” həbi tapılan 70 yaşlı qadın tutulub.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, qadın narkotikləri Bursadan İstanbula göndərmək istəyirmiş.Əməliyyatçılar hesab edirlər ki, qadın uzun zamandır ki, bu işlə məşğuldur. Qadın özü isə iddia edir ki, bu həblərin narkotik olduğunu bilmirdi.