700 bal toplayan məktəbli: "Yaxşı hüquqşünas olmaq istəyirəm"

700 bal toplayan məktəbli: "Yaxşı hüquqşünas olmaq istəyirəm"
GƏNCLİK
21:42 15.05.2018
8490
Bu il II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. İmtahan nəticələrinə əsasən 700 bal toplayanların sayı dəqiq bəlli olmasa da, onlardan biri III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

AZXEBER.COM xəbər verir ki, ilk təəssüratlarını Publika.az-la bölüşən Zeynəb Quluzadə uğurun heç də asan olmadığını deyib:

"Mən 700 bal toplamaq yox, hüquq fakültəsinə daxil olmaq üçün böyük əzmlə çalışmışam. Artıq seçimimi də etmişəm Azərbaycan Diplomatik Akademiyasında hüquq fakültəsini seçmişəm. Hüquqşünas olmaq arzum idi, bu arzuma çatmaq üçün də zəhmət çəkdim. Uğur qazanmaq üçün davamlı, sistemli oxumaq lazımdır. Onu da deyim ki, uğur qazanmaq heç də asan olmadı”.

Z.Quluzadə heç bir hazırlıq kursu və ya repetitor yanına getmədiyini deyir:

"Məktəb dərslərini hər zaman çox yaxşı oxumuşam. Bizim məktəbdəki təhsil çox yaxşıdır, ona görə də əlavə hazırlığa ehtiyac yoxdur. Son illərdə isə özüm ixtisas qrupu üzrə fənlərdən keçdiklərimi təkrar edirdim, çətinliklərim olanda müəllimlərimlə məsləhətləşirdim”.

Z.Quluzadə həm də Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində vokal ifaçılığı üzrə də təhsil alıb:

"Hüquq və vokal mənim üçün çox dəyərlidir. Lakin ilk növbədə yaxşı hüquqşünas olmaq istəyirəm. Beynəlxalq hüquq, dünya ölkələrinin hüququnu dərindən öyrənmək istəyirəm. Gələcəkdə bu istiqamətdə xaricdə təhsil almaq planlarım var. Vokal isə hüquqdan sonra ikinci dəyərli sənət olacaq mənim üçün”.

Qeyd edək ki, Z.Quluzadə həm də Respublika fənn olimpiadaları qaliblərindəndir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir