Ali məktəbələrə qəbul imtahanlarında II ixtisas qrupu üzrə ən yüksək – 700 bal toplayan Samir Rzayev artıq seçimini edib.Bu barədə AZXEBER.COM-a danışan Samir, "Seçimimi bir az əvvəl etdim. Azərbaycan Diplomatik Akademiyasında "Biznesin idarə edilməsi"" deyərək, yenə də nəticələrin açıqlanmasını gözlədiyini bildirib.
Qeyd edək ki, Samir Zahid oğlu Rzayev Bakı Dövlət Universitetinin nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.Ozal İbrahimli 


