“712 manatdan aşağı maaş alanların əməkhaqqı tam ödəniləcək” - Mikayıl Cabbarov

“712 manatdan aşağı maaş alanların əməkhaqqı tam ödəniləcək” - Mikayıl Cabbarov
SOSİAL
22:14 08.04.2020
10315
Nazirlər Kabinetinin koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir.

AZXEBER.COM xəbər verir ki, proses 3 mərhələyə bölünüb. İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanmış bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək. Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərin üstünə həm də dövlət sosial sığorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsinin təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın.

Məsələyə münasibət bildirən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, müəssisələrin muzdlu işçilərə ödədiyi əməkhaqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əmək haqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir. Bu məbləğdən daha aşağı maaş alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əməkhaqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əməkhaqqı səviyyəsində müəyyən edilib.

Bu gündən həm də mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.

Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.

Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək.

M.Cabbarov bildirib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.
 



 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB