72 yaşlı kişi şüşə parçası ilə öldürüldü - Oğlu saxlanıldı

72 yaşlı kişi şüşə parçası ilə öldürüldü - Oğlu saxlanıldı
HADİSƏ
20:58 06.07.2024
936
İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR