Hindistanda 74 yaşlı Şyam Lal Yadav tarlada işləyərkən başını zədələdikdən sonra yaranan şişi uzun müddət ciddi qəbul etməyib.
AZXEBER.OM xəbər verir ki, zamanla böyüyən şiş buynuzu xatırladan formaya düşüb.
Daha sonra xəstəxanaya müraciət edən Yadav həkimlər tərəfindən müayinə olunub.
Mütəxəssislərin açıqlamasına görə, bu cür yaranmalar xalq arasında "buynuz” kimi tanınsa da, tibbdə dəri buynuzu (kutanöz buynuz) adlanır və əsasən keratin yığılması nəticəsində formalaşan, çox vaxt xoşxassəli törəmələrdir.
Həkimlər bildiriblər ki, bu tip hallar adətən üz, qulaq, əl və dırnaq bölgələrində görülür, lakin bəzi hallarda altında ciddi dəri xəstəlikləri də ola biləcəyi üçün mütləq tibbi müayinə vacibdir.
Aysel











































