76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq

76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
DÜNYA
09:14 07.10.2026
157
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino” iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü” ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino” göstəricilərinin ölçüldüyü bölgədə okean səthinin temperaturunun normadan 3,4 dərəcə yüksək olduğu bildirilir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) proqnozuna görə, bu payız və qışda "çox güclü” "El Nino” hadisəsinin baş vermə ehtimalı 90 faizdir.

Hadisənin 1950-ci ildən bəri ən güclü "El Nino”lardan birinə çevrilməsi ehtimalı isə 75 faiz qiymətləndirilir.

BMT-nin Uşaq Fondu (UNICEF) "El Nino”nun quraqlıq və ya həddindən artıq yağışlara səbəb ola biləcəyi bölgələrdə 347 milyondan çox uşağın yaşadığını açıqlayıb.

UNICEF-in icraçı direktoru Ketrin Rassel su çatışmazlığı, qidalanma problemləri və xəstəliklərin yayılması riskinin artacağını bildirərək təcili tədbirlərin vacibliyini vurğulayıb.

Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyası "El Nino”nun qlobal orta temperaturu artıracağını və bunun nəticəsində istidən qaynaqlanan yüz minlərlə ölümün baş verə biləcəyini proqnozlaşdırır.

"El Nino” ekvator yaxınlığında küləklərin zəifləməsi və Şərqi Sakit Okeanda soyuq suyun səthə qalxmasının azalması nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu proses qlobal temperaturun yüksəlməsinə və müxtəlif bölgələrdə hava şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər.

Mütəxəssislər bəzi ərazilərdə quraqlıq, digərlərində isə güclü yağış və daşqınların müşahidə ediləcəyini bildirirlər. Bunun kənd təsərrüfatına və təchizat zəncirlərinə mənfi təsir göstərərək düyü, qəhvə və kakao kimi məhsulların qiymətlərini artıracağı ehtimal olunur.

Sakit Okeandakı yüksək temperaturun Havay adaları istiqamətində tropik sistemlərin güclənməsinə təsir etdiyi, Kaliforniya sahillərində isə qeyri-adi dəniz canlılarının müşahidə olunduğu bildirilir.
 
///qafqazifo///

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?