76 yaşlı kişi 7 uşaq anası olan arvadını öldürdü

76 yaşlı kişi 7 uşaq anası olan arvadını öldürdü
Bütün Xəbərlər
17:20 23.07.2013
1270

Şəki Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı Yevlax rayon sakini Məmmədiyə Səyid oğlu Məmmədovun məhkəməsi başa çatıb.

Gün.Az-ın məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə 55 illik həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən M.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Məmmədov Məmmədiyə Səyid oğlu 1958-ci ildə rəsmi qaydada nikaha girərək evləndiyi, birgə nikahdan 7 övladları olan, Yevlax şəhəri Y.Məmmədəliyev küçəsi 9 nömrəli evdə birlikdə yaşadığı arvadı Qasımova Sürayə Məmməd qızı ilə son illər aralarındakı münasibətlər pozulub. Baba-nənə olan ərlə arvad arasında tez-tez mübahisələr baş verib. Mübahisələr əsasən nənənin 76 yaşlı ərini başqa qadınlarla gəzməkdə ittiham etməkdən sonra başlayıb.7 dekabr 2012-ci ildə saat 12 radələrində də Sürayə nənə təkrarən ərini başqa qadınla görüşməkdə günahlandıraraq mübahisə edib. Əsəblərini cilovlaya bilməyən Məmmədiyə Məmmədov ov tüfəngindən açdığı atəşlə həyat yoldaşını qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR