Gəncədə yolu keçmək istəyən yaşlı kişini maşın vurub.AZXEBER.COM-un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində Cümə Məscidinin yaxınlığında qeydə alınıb.Şəhər sakini 52 yaşlı Firdovsi Yadigarov idarə etdiyi "Şevrole" markalı avtomobillə 76 yaşlı Tapdıq Vəliyevi vurub.Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.Yaralı Tapdıq Vəliyevin tüfeyli həyat tərzi keçirdiyi bildirilir. Elə buna görə də onun qəfildən avtomobil yoluna çıxdığı ehtimal edilir.