76 yaşlı qadını öldürən "BMW X5"in sürücüsü həbs olundu - FOTO

76 yaşlı qadını öldürən "BMW X5"in sürücüsü həbs olundu - FOTO
Bütün Xəbərlər
00:29 27.05.2015
2484

Bakıda 76 yaşlı qadın piyadanı vuraraq öldürən sürücü saxlanılıb.

Azxeber.com "report"a istinadən xəbər verir ki, qəzanı törədən "BMW X5" markalı maşının sürücüsü - 1982-ci il təvəllüdlü Mərdanov Natiq Abdulla oğlu Nizami Rayon Polis İdarəsinin əmvəkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Qeyd edək ki, hadisə Nizami rayonunda, metronun “Koroğlu” stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Cəmilə Əli qızını vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR