76 yaşlı qoca ‘Eurovision 2012’dəki mahnısını satışa çıxardır

76 yaşlı qoca ‘Eurovision 2012’dəki mahnısını satışa çıxardır
MƏDƏNİYYƏT
11:01 09.04.2012
2082

Böyük Britaniyanın "Eurovision 2012" mahnısı mayın 6-dan satışda olacaq

AZXEBER.COM-unmüsabiqənin rəsmi saytına sitinadən verdiyi xəbərə görə, mayın 6-dan etibarən Engelbert Hamperdinkin "Love Will Set You Free" adlı Eurovision 2012 mahnısı satışa çıxarılacaq. Böyük Britaniya müsabiqə tarixində ilk dəfə olaraq Eurovision mahnısını da böyük şoudan əvvəl internet vasitəsilə yükləməyə imkan yaradır. Qeyd edək ki, adətən ölkənin müsabiqə mahnısı Eurovision şousundan 1 həftə əvvəl sadəcə satışa çıxarılırdı. Mahnı aprelin 9-dan etibarən isə BBC Radio 2 dalğalarında mütəmadi olaraq səsləndiriləcək.

OXŞAR XƏBƏRLƏR