"8-ci KM bazarı"nda təhlükəli uşaq geyimləri satılır

"8-ci KM bazarı"nda təhlükəli uşaq geyimləri satılır
Bütün Xəbərlər
13:20 22.12.2011
7881
Paytaxt bazarlarında təhlükəli uşaq geyimlərinin satışı genişlənir. Bu geyimlərin ucuzluğu, həmçinin əhalinin alıcılıq qabiliyyətinin aşağı olması belə mallara tələbatı artırır. Paytaxt bazarlarında satılan və əsasən Çindən gətirilən təhlükəli geyimlərin əsas alıcıları da əhalinin imkansız təbəqəsidir. 
Dünən bu cür geyimlərin ən çox satıldığı “8-ci kilometr bazarı”nda olub paltar satışı ilə məşğul olan satıcılarla, alıcılarla söhbətləşdik, qiymətlərlə maraqlandıq. Öyrəndik ki, satılan uşaq geyimlərinin 70-80 faizi Çindən gələn keyfiyyətsiz və ucuz paltarlardır. Yalnız cüzi hissə türk və Dubay mallarının payına düşür. Addımbaşı piştaxtalarda rast gəlinən uşaq geyimləri olduqca ucuzdur. Burada azyaşlı uşaqlar üçün 1-2 manata, hətta 50 qəpiyə köynək, 1 manata kolqotka, 1-2 manata şalvar, elə o qiymətə də şərflə birgə papaqlar almaq mümkündür. Uşaq corablarının isə 3-4 cütü 1 manatadır.
Müqayisə üçün bildirək ki, türk malları arasında bazarda satılan köynəklərin ən ucuzu 6-7 manatdır. Uşaqlar üçün kolqotkalar 3, papaqlar 5 manatdır, corabın isə cütü 1 manatadır.
Ucuz mallar satan satıcılar bu ucuzluğun keyfiyyətlə bağlı olmadığını bildirirlər. Satıcı Ramil deyir ki, geyimlər ucuz olsa da, keyfiyyətsiz deyil: “Düzdür, Çin malıdır. Ancaq keyfiyyətsiz olduğunu kimsə deyə bilməz. Öz uşaqlarıma da bu paltarlardan aparıram”.
Ramil deyir ki, bu mallar ucuz olduğundan alıcıları da çoxdur. Səlim adlı digər satıcı isə satdığı malların keyfiyyəti barədə heç nə demək istəmədi: “Kim istəyir alır. Hər gün 100-dən çox belə köynək satırıq. Hələ heç kim gəlib şikayət etməyib. Gedib eyni malı dükandan 5-6 manata almaqdansa buradan 1-2 manata almaq daha yaxşı deyil?”
Ucuz uşaq geyimləri satan Bəhlul isə Çin mallarına daha çox tələbat olduğunu təsdiqləyir: “Aeroportda dükanımız var. Topdansatışdan hər gün onlarla ticarətçi gəlib mal aparır. Biri 1 manata satır, başqası 5 manata. Ölkədə satılan Çin mallarının hamısı eyni keyfiyyətdədir. Bir də görürsən Çin malını türk malı kimi sırıyırlar. Alıcılar etiketə heç fikir də vermir”.
Bəhlul deyir ki, əsasən Çin istehsalı olan geyimlər satsa da, övladlarına türk malı geyindirir.
Söhbətləşdiyimiz alıcılar isə körpələr üçün Çin malları almalarını maddi vəziyyətlərinin yaxşı olmaması ilə əlaqələndirir. “İki körpə nəvəm var. Qışdır, onlara isti geyim lazımdır. Türk dükanlarında qiymətlər o qədər bahadır ki, bir köynəyin qiymətinə bazardan bir neçə dəst Çin geyimi ala bilərəm”. Nəvələri üçün qalın geyimlər alan qadın belə deyir. Digər alıcı isə deyir ki, əsas məsələ uşaqların isti geyimə olan tələbatının ödənməsidir.
Həkim və ekspertlər isə uşaqlara Çin malları geyindirməməklə bağlı xəbərdarlıq edir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, bizim bazarlarda satılan məhsulların keyfiyyətinə zəmanət yoxdur. O, alıcılara məsləhət görür ki, keyfiyyəti təhlükəli olan Çin malları almasınlar: “Vətəndaşlarımız bu cür malları almaqdan uzaq olsun. Xüsusən alt paltarları almaq olmaz. Çin malları uşaqlarda dəri xəstəlikləri, allergiya yarada bilər”.
Həkimlər isə xəbərdarlıq edir ki, Çindən gətirilən geyimlər tənəffüs yolları xəstəliklərinə də səbəb ola bilər. Həkimlər uşaqlara “ikinci əl” (“Second hand”) mağazalarından da geyimlər almamağı tövsiyə edir. Onların fikrincə, sintetik mallar uşaqların sağlamlığını təhlükə altına qoya bilər.
Qeyd edək ki, Çində iki il əvvəl aparılan araşdırma da uşaq geyimlərində problem olduğunu aşkara çıxarmışdı. Məlum olmuşdu ki, istehsal edilən uşaq geyimlərinin təxminən yarısı sağlamlığa zərərlidir. Bu geyimlərin istehsalında həddən artıq folmaldehit maddəsinin istifadə edilməsinin ortaya çıxması körpələrin həyatının nə dərəcədə təhlükədə olmasından xəbər verir. Həkimlərin sözlərinə görə, folmaldehit dəridə və tənəffüs yollarında infeksiyaya yol açır. Folmaldehitin həddən artıq miqdarda olmasının səbəbi standartlara uyğun olmayan xammal və boyaların istifadə edilməsidir. Ölkəmizdə isə Çin malları tanınmış firmaların mallarını saxtalaşdırmaqla bazarları zəbt edib. Bazarın əhəmiyyətli faizini Çin malları tutur. Hətta Türkiyə, Hindistan, Pakistan və Dubaydan da Çin malları ölkəmizə daşınır. Təbii ki, ucuz olduğu üçün...mənbə: Yeni Müsavat
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib